Peskov Zelenskinin açıqlamasını ölümcül səhv adlandırdı

Peskov Zelenskinin açıqlamasını ölümcül səhv adlandırdı
  25 Sentyabr 2024    Oxunub:891
"Ukrayna prezidenti Vladimir Zelenskinin BMT Təhlükəsizlik Şurasında səsləndirdiyi “Rusiyanı sülhə məcbur etmək” mövqeyi ölümcül səhvdir".
Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Zelenski tarixin ən yaxşı taciridir!" - Tramp
“Bu, Kiyev rejimi üçün istər-istəməz dərin nəticələrə səbəb olacaq yanlış fikirdir”, - Peskov bildirib.

Xatırladaq ki, dünən Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı münaqişəyə son qoymaq üçün sülh danışıqlarının kifayət etmədiyini deyib. O, beynəlxalq aləmi Moskvanı sülhə məcbur etməyə çağırıb. Ukrayna lideri Rusiyanın beynəlxalq cinayət törətdiyini də səsləndirib. Ona görə də münaqişə sadəcə adi şəkildə bitməməlidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Peskov   Zelenski  





Xəbər lenti