Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

   Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək
  25 Sentyabr 2024    Oxunub:875
Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. “Nyu-Yorkda sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş planlaşdırılır”, - A.Hacızadə bildirib.

O qeyd edib ki, hazırda əlavə heç bir təfərrüat barədə danışa bilməz. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti