Serbiya ilə hərbi-texniki əlaqələr müzakirə edilib

   Serbiya ilə hərbi-texniki əlaqələr müzakirə edilib
  25 Sentyabr 2024    Oxunub:802
Bakıda təşkil olunmuş "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə nazirinin maddi resurslar üzrə köməkçisi Nenad Miloradoviç ilə görüşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Serbiyanın “Yugoimport SDPR” dövlət şirkətinə məxsus stenddə nümayiş olunan silah və texnika nümunələrinə baxış keçirilib:

"Daha sonra stenddə baş tutan görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də digər məsələlər müzakirə olunub".

AzVision.az



Teqlər:





Xəbər lenti