Azərbaycan-Belarus hərbi əməkdaşlığı müzakirə edilib

   Azərbaycan-Belarus hərbi əməkdaşlığı müzakirə edilib
  25 Sentyabr 2024    Oxunub:801
Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüş keçirib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, mövcud əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Daha sonra general-polkovnik Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitriy Pantus ilə görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti