Türkiyənin Milli Müdafiə Nazirliyindən Anım Günü ilə əlaqədar bəyanat

Türkiyənin Milli Müdafiə Nazirliyindən Anım Günü ilə əlaqədar bəyanat
  26 Sentyabr 2024    Oxunub:828
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş ölkənin qazilərinə öz minnətdarlığımızı bildiririk.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyi sentyabrın 27-də Azərbaycanda qeyd olunan Anım Günü ilə əlaqədar yaydığı bəyanatda bildirib. Milli Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndirib.

İşğal olunmuş torpaqları azad edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayan Milli Müdafiə Nazirliyi qeyd edib: “Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” kəlamının işığında birləşib. Qardaş ölkəni 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə bir daha təbrik edirik. Biz 44 günlük müharibənin dördüncü ildönümü ərəfəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edir, qazilərə öz minnətdarlığımızı bildiririk”.

AzVision.az


Teqlər:





Xəbər lenti