ADY Çin 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib

   ADY Çin 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib
  26 Sentyabr 2024    Oxunub:1018
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib.

AzVision.az APA-ya istinadən xəbər verir ki,
Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib.

Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna həsr edilmiş milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olub.

Pavilyonda Bakıda keçiriləcək COP29 tədbiri, “yaşıl” nəqliyyat, Azərbaycanın dəmiryol şəbəkəsi, Orta Dəhliz və digər istiqamətlərdə yükdaşımalara aid müxtəlif təqdimatlar və videoçarxlar nümayiş etdirilib.

Həmçinin milli pavilyonu ziyarət edənlərə modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Orta Dəhlizə gətirdiyi əlavə üstünlüklər, optimal yükdaşıma qrafiki və əməliyyatların rəqəmsallaşdırılması haqqında geniş məlumat verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti