Ərdoğan: “Türkiyə etibarlı müttəfiqdir”

   Ərdoğan:    “Türkiyə etibarlı müttəfiqdir”
  27 Sentyabr 2024    Oxunub:1103
Ankara NATO-nun etibarlı müttəfiqi olaraq qalır və alyansdakı öhdəliklərini həmişə yerinə yetirir.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə görüşü zamanı belə deyib.

Söhbət əsnasında Türkiyə lideri NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin Türkiyəsiz Avropanın təhlükəsizliyinin mümkünsüz olduğu barədə sözlərinə də münasibət bildirib. Stoltenberqə verdiyi dəstəyə görə təşəkkür edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin alyansdakı mühüm rolunu vurğulayıb.

“Mən Stoltenberqin fəaliyyətini yüksək qiymətləndirirəm. O, Türkiyə ilə hər zaman yaxın münasibətdə olub, heç vaxt mənfi münasibət bildirməyib. İndi görək NATO-nun yeni baş katibi Mark Rütte ilə münasibətlər necə inkişaf edəcək. Avropa Türkiyənin NATO üçün nə qədər vacib olduğunu bilir, baxmayaraq ki, bəzən onun rolunu kiçik hesab edir”, - Türkiyə prezidenti qeyd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə   NATO  





Xəbər lenti