Prezident Nazirliyə 1 milyon ayırdı

Prezident Nazirliyə 1 milyon ayırdı
  19 Aprel 2013    Oxunub:1375
Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

“Bakı şəhərində Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi ilə əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Teqlər:  





Xəbər lenti