Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib
Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq.
Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunacaq.
Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
AzVision.az
Teqlər: