Livan ordusu: "İsraillə sərhəddən geri çəkilməmişik!"

   Livan ordusu:    "İsraillə sərhəddən geri çəkilməmişik!"
  01 Oktyabr 2024    Oxunub:394
Livan ordusu İsraillə sərhəddəki ərazilərdən geri çəkilmələri ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə Press TV məlumat yayıb.

Bir müddət öncə "Reuters" öz mənbələrinə istinadən diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Livan ordusu İsraillə sərhəd boyunca mövqelərindən təxminən 5 kilometr geri çəkilib.

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (TSAXAL) Livanın cənubunda "Hizbullaha" qarşı məhdud quru reydlərinin başladığını elan edib. Xatırladaq ki, quru əməliyyatlarının başlamasından əvvəl "Hizbullah" hədəflərinə kütləvi hava zərbələri endirilmişdi.

“The New York Times” yazıb ki, əməliyyatlar komandoların kiçik qrupları tərəfindən həyata keçirilir. Lakin lazım gələcəyi təqdirdə, son günlər sərhəddə cəmləşmiş daha böyük qüvvələr Livana göndərilə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Livan  





Xəbər lenti