Ostin: "ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləyir"

      Ostin:    "ABŞ İsrailin özünümüdafiə hüququnu dəstəkləyir"
  01 Oktyabr 2024    Oxunub:371
ABŞ Müdafiə Departamentinin ("Pentaqon") rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qallanta zəng vurub.
O bu barədə özünün "X" hesabında yazıb. Ostin vurğulayıb ki, Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının İsrailə qarşı ötən il "oktyabrın 7-də HƏMAS-ın oxşar hücumu kimi zərbələr endirməsi yolverilməzdir".

"Bu məqsədlə həmrəyik ki, İsrailin şimal sərhədi boyunca hücum infrastrukturu dağıdılmalıdır", - "Pentaqon" rəhbəri bildirib.

O həmçinin mülki şəxslərin sərhədin hər iki tərəfindəki evlərinə təhlükəsiz qayıtmaları məqsədilə diplomatik qətnamənin də vacibliyini diqqətə çatdırıb. Digər tərəfdən, "Hizbullah"ı dəstəkləyən İranın İsrailə doğru mümkün hücumuna da toxunaraq, Vaşinqtonun belə hücuma cavabsız qalmayacağına eyham vurub.

"ABŞ İranın və onun himayəsindəki terror təşkilatlarının təhdidləri qarşısında öz şəxsi heyətini və müttəfiqlərini qorumağa hazırdır. İranın İsrailə birbaşa hərbi hücuma keçəcəyi təqdirdə, ağır nəticələrlə üzləşəcək", - Ostin yazıb.
İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başlayıb - FOTO/VİDEO

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   Hizbullah   İran   müharibə  





Xəbər lenti