ABŞ-nin Ukraynaya verdiyi silahlar dərhal “köhnəlir”
“Döyüş meydanındakı yeniliklərin sürəti çoxdan gözlənilən Qərb silah sistemlərini hətta onların Ukraynaya təhvil verildiyi vaxta qədər praktiki olaraq köhnəldir”, - jurnalın yaydığı məlumatda vurğulanır.
Məqalənin müəlliflərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin ən qısa müddətdə istənilən inkişafı Rusiyanın müqaviməti ilə qarşılaşır və yeniliklər elə sürətlə yaradılır ki, onlar ABŞ və NATO-nun gecikmiş müdafiə sənayesini üstələyirlər. Jurnalistlər münaqişə zamanı effektivliyi əhəmiyyətli dərəcədə azalmaqda davam edən “HIMARS” raket qurğularını buna misal gətirirlər.
Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılacağını açıqlayıb. ABŞ Dövlət departamentinin rəhbəri Antoni Blinken bildirib ki, bu siyahıya artilleriya və yaylım atəşli “HIMARS” raketləri üçün kasetli sursatlar, “Javelin” sistemləri üçün raketlər və tank əleyhinə raketlər də nəzərə alınmaqla döyüş sursatları daxil olacaq. Bundan əlavə, Bayden “JSOW” uzaq mənzilli idarə olunan bombaları Kiyevə köçürmək qərarına gəldiyini bildirib.
Kreml Ukraynanın Qərbdən silahlarla təchizatının danışıqlara kömək etmədiyini və bunun mənfi effekt verəcəyini bəyan edib.
Sahil İsgəndərov
AzVision.az