Mark Rutte NATO-nun 14-cü baş katibi oldu - VİDEO

 Mark Rutte NATO-nun 14-cü baş katibi oldu  - VİDEO
  01 Oktyabr 2024    Oxunub:375
Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun 14-cü baş katibi kimi fəaliyyətə başlayıb.
O, bu vəzifəyə rekord müddətdə-10 il ərzində alyansa rəhbərlik etmiş norveçli Yens Stoltenberqi əvəz edib. Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

Lukaşenko: "NATO bizə hücum etsə, nüvəni işə salacağıq!"
Səlahiyyətlərini təhvil verən Stoltenberq vurğulayıb ki, o, 2014-cü ildə alyansa gələn zaman NATO Ukraynaya yalnız kiçik dəstək verirdi: "Lakin indi bu dəstək kütləviləşib və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb”.

Qeyd edək ki, hollandiyalı siyasətçi Ukraynanın qatı tərəfdarı olub. Rutte həmçinin avropalıları ABŞ-nin keçmiş prezidenti Tramp haqqında mənfi fikirlər səsləndirməyi dayandırmağa və qitənin müdafiəsini gücləndirməyə çağırır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO  





Xəbər lenti