"Normal xidmət istəyiriksə, qiymətə də alışmalıyıq" - Qatarlarda qiymət artımı

 "Normal xidmət istəyiriksə, qiymətə də alışmalıyıq" -  Qatarlarda qiymət artımı
  01 Oktyabr 2024    Oxunub:293
Sentyabrın 25-dən Bakı-Sumqayıt-Bakı qatarı üzrə gediş haqqı 1 manatdan 1 manat 20 qəpiyə, Bakı-Xırdalan-Bakı üzrə isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Gediş haqqı Abşeron dairəvi dəmiryol xəttinə aid digər marşrutlarda da bahalaşıb. Bu barədə Azərbaycan Dəmir Yollarından açıqlama verilib.
Mövzu ilə bağlı AzVision.az -a danışan nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, Azərbaycan Dəmir Yolları tərəfindən verilən açıqlamada kifayət qədər əsaslandırılmış məqamlar var:

"Nəqliyyat sektorunda isalahatların genişləndirilməsi prioritet məsələlərdəndir" - Deputat
"Birincisi infrastrukturun, təhlükəsizliyin təmin edilməsi məsələsidir. Digər tərəfdən müasir innovasiyaların tətbiqi, imkanlardan istifadə edən şəxslərə bonusların verilməsi, qatarlara bilet alarkən müxtəlif kampaniyaların həyata keçirilməsi, ümumiyyətlə qiymətlərin tam fərqli formada hesablanacağını göstərib. Məncə, bu, çox maraqlı bir yanaşmadır. Atılan addımları sadəcə səbrlə gözləmək lazımdır.

Azərbaycan Dəmir Yollarında son dövrlər təmir-bərpa işləri çox zəif formada aparılıb. Heç bəzi istiqamətlərdə aparılmayıb. Lakin bu gün bu istiqamətdə çox böyük işlər görülür və bu da heç ucuz başa gəlmir. İnfrastrukturun qurulması, yenilənməsi, təhlükəsiz səfərlərin təşkili üçün belə bir addım atılıb. Aidiyyatı qurumun əsaslandırılması bu istiqamətdə oldu. Müəyyən işlərin görülməsinə də ehtiyac var idi.

Normal xidmət istəyiriksə, qiymətə də alışmalıyıq. Dəmiryolunda hərəkət digər ictimai nəqliyyat növlərindən yenə də ucuz başa gəlir. Ən əsası təhlükəsiz səyahətlər həyata keçirilir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   dəmiryolu   qiymət   artım  





Xəbər lenti