Husilər İsrailə "Qüds-5" raketləri ilə hücum ediblər

   Husilər İsrailə "Qüds-5" raketləri ilə hücum ediblər
  02 Oktyabr 2024    Oxunub:704
İrandan sonra Yəməndən də İsrailə raketlər atılıb.
AzVision.az xəbər verir ki, husilərin nümayəndəsi İsraildəki hərbi hədəflərə "Qüds-5" qanadlı raketləri ilə hücumlar təşkil etdiyini açıqlayıb.

İran İsrailə nə qədər raket atıb?
Qeyd edilib ki, əməliyyatı konkret olaraq Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı reallaşdırıb. Qiyamçıların yaratdığı hərəkatın nümayəndəsi Yəhya Sariya qeyd edib ki, Yəmən Silahlı Qüvvələrinin Raket bölmələri hərbi hədəflərə üç raket atıb.

Hərəkatın sözçüsü həmçinin bildirib ki, husilər dünən İranın İsrailə təşkil etdiyi raket hücumlarını dəstəkləyirlər.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Raket   İsrail   Husi  





Xəbər lenti