İsrail ordusu Beyruta zərbələr endirdi - VİDEO

 İsrail ordusu Beyruta zərbələr endirdi    - VİDEO
  02 Oktyabr 2024    Oxunub:273
İsrail Beyrutun cənubuna zərbələr endirib.
Xarici KİV-in yaydığı məlumata görə, Şuvayfet bölgəsindəki yaşayış binalarından biri İsrail hava qüvvələrinin hücumuna məruz qalıb.

Şahidlər bildiriblər ki, İsrail PUA-ları Beyrutun ətrafında orta hündürlükdə uçuşlarını davam etdirirlər.

İsrail ordusu Livanın 2 km dərinliyinə girməyi planlaşdırır?
"KİV-in məlumatına görə, İsrail Müdafiə Qüvvələri Livandakı Hizbullah hədəflərinə hücum edib. Beyrutun cənub ətraflarında yerləşən ərazilər vurulub. Rəsmi Təl-Əvivin döyüş təyyarələri və dronlardan istifadə etdiyi bildirilir", - RİA Novosti yazıb.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələri bu günlərdə Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının obyektlərini və infrastruktrunu sıradan çıxarmaq məqsədilə quru əməliyyatına başladığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan  





Xəbər lenti