Lapid: "Tehrana cavabımız ağır olacaq"

      Lapid:    "Tehrana cavabımız ağır olacaq"
  02 Oktyabr 2024    Oxunub:1639
"Düşmənlərimiz dəqiq bilməlidirlər ki, İsrail qələbə çalacaq".
Bu sözləri İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının rəhbəri Yair Lapid "X" hesabında yazıb.

"Hərbi imkanlarımız, müdafiə sənayemiz, müttəfiqlərimizin dəstəyi və xüsusən də inanılmaz xalqımızın gücü ilə əminik, baha başa gəlsə belə, qələbə bizimdir. İran dünənki hücuma görə ciddi və ağır cavab verəcək. Bu cavab sərt olmalı, Suriya, İraq, Yəmən, Livan, Qəzza və İranın özündə terror oxlarına birmənalı mesaj göndərməlidir", - o vurğulayıb.
Axios: "İsrail İranın neft obyektlərini vura bilər"

Xatırladaq ki, ötən gecə İrandan "Hizbullah" lideri Həsən Nəsrullahın aviazərbə nəticəsində öldürülməsinə cavabən İsrailin əsasən hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb. ABŞ-nin "Axios" xəbər saytı yazır ki, İsrail bu hücuma qarşı cavab əməliyyatı hazırlayır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  





Xəbər lenti