CNN: ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 162-yə çatıb

   CNN:    ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 162-yə çatıb
  02 Oktyabr 2024    Oxunub:332
ABŞ-da baş verən "Helen" qasırğası nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.
Bu barədə CNN məlumat yayıb.
Telekanal oktyabrın 1-də 130 nəfərin ölməsi barədə məlumat yaymışdı. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd olunub ki, Corciya ştatında bir neçə xilasedicinin, eləcə də bir qadınla əkiz oğullarının həlak olması faktı artıq təsdiqlənib. Ümumilikdə bu ştatda qasırğa nəticəsində 25 nəfər həlak olub.

Bundan əlavə, telekanalın məlumatına görə, təbii fəlakət nəticəsində Şimali Karolinada 73, Cənubi Karolinada 36, ​​Floridada 17, Tennessidə 9, Virciniyada 2 nəfər həlak olub.
Qeyd edək ki, Helen qasırğası ABŞ tarixinə 2005-ci ildə azı 1833 nəfərin ölümünə səbəb olan Katrina qasırğasından sonra ikinci ən dağıdıcı qasırğa kimi düşüb.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti