İrəvanın ehtiyatlı “qətiyyəti”

   İrəvanın ehtiyatlı    “qətiyyəti”
  02 Oktyabr 2024    Oxunub:695
İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə verə biləcəyi mümkün qərarla bağlı bütün riskləri hesablayır.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Varşavada keçirilən təhlükəsizlik forumundakı çıxışı zamanı belə deyib.

“Düşünürəm ki, hamımız daha diqqətli olmalıyıq. Heç kimə sirr deyil ki, dayanıqlıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə edilməlidir; bunun sadə sual olmadığını nəzərdə tuturam”,
- Ermənistan diplomatiyasının rəhbəri bildirib.

Ermənistanın KTMT-dəki üzvlüyünü dondurduğunu və əvvəlki münasibətlərə qayıtmaq fikrində olmadığını xatırladan Mirzoyan, ölkəsini işləməyən hərbi ittifaqda görmədiklərini iddia edib.
KTMT-ni növbəti dəfə fəaliyyətsizlikdə günahlandıran rəsmi İrəvan bu qurumun, ilk növbədə isə Rusiyanın, İkinci Qarabaq Müharibəsində Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşmaqdan imtina etdiyini nəzərdə tutur. Ermənistan rəhbərliyi sadə bir həqiqəti - heç bir dövlətin İrəvanın təcavüzkar siyasətinin şəriki olmağı və onun girovuna çevrilmək istəmədiyi reallığını həzm edə bilmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   KTMT  





Xəbər lenti