İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib

İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib
  02 Oktyabr 2024    Oxunub:651
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deputatları Yeddinci çağırış Milli Məclisin üzvü seçilmələri münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb. O, iclasın gündəliyi barədə məlumat verərək gündəliyə İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Fazil Mustafa Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə başlamış aktual mövzularda dinləmələrin keçirilməsi ənənəsinin də davam etdiriləcəyini diqqətə çatdırıb. O, payız sessiyası dövründə Azərbaycanda fəaliyyət göstərən ictimai birliklərin, siyasi partiyaların, dini abidələrin mövcud durumu ilə bağlı dinləmələrin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bundan başqa, komitə sədrinin və üzvlərinin müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bu qurumların nümayəndələri ilə bir sıra görüşləri də keçiriləcək.

İclasda çıxış edən komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Cavanşir Paşazadə, Azər Allahverənov, Elşad Musayev və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim komitənin iş planı barədə fikirlərini və qeydlərini səsləndiriblər, qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda İctimai birliklər və dini qurumlar komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib. İclasda komitə üzvləri Mixail Zabelin, Günay Ağamalı, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti