Tərtərdə qətl törədən qazi saxlanılıb

   Tərtərdə qətl törədən qazi saxlanılıb
  03 Oktyabr 2024    Oxunub:409
Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti