İsrail İranın nüvə obyektlərinə hücum edəcək?

   İsrail İranın nüvə obyektlərinə hücum edəcək?
  03 Oktyabr 2024    Oxunub:1410
İranın İsrailə zərbələr endirməsi dünya mediasının gündəmindən düşmür.
Financial Times öz mənbələrinə istinadən yazıb ki, İsrail hazırda İranın nüvə obyektlərinə zərbə endirmək imkanlarını nəzərdən keçirmir.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Cozef Bayden belə bir hücuma qarşı çıxacağını bildirib.

Axios: "İsrail İranın neft obyektlərini vura bilər"
İddia olunur ki, rəsmi Təl-Əviv İranın məlum hücumlarına cavab vermək üçün bir neçə variantı nəzərdən keçirir. Bura raket buraxılış sistemlərinə və ya neft infrastrukturuna hücumlar da daxildir: "Bəzi İsrail rəsmiləri nüvə obyektlərinə zərbələr endirməyə çağırsalar da, proseslərdən məlumatlı olan bir şəxs bunun nəzərdən keçirilmədiyini söyləyib".

Xatırladaq ki, iki gün öncə İrandan "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsrailin hərbi obyektlərinə doğru iki mərhələ ilə 200-dən artıq raket atılıb. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir çoxu hədəfə çatıb. ABŞ-nin "Axios" saytı yazıb ki, İsrail bu hücuma qarşı cavab əməliyyatı hazırlayır. Öz növbəsində, İsrailin bir sıra hökumət rəsmisi, o cümlədən müxalifət lideri Yair Lapid İranın hücuma görə ciddi və ağır cavab verəcəyini bəya edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İsrail  





Xəbər lenti