Rusiya bir qrup vətəndaşını Beyrutdan çıxarıb - VİDEO |
Onun sözlərinə görə, yerli administrasiyalar İsrail sakinlərinə hərbi vəziyyətin gərginləşməsi halında bomba sığınacaqlarına köçməyə hazır olmağı tövsiyə edir.
"Mövcud duruma, həddindən artıq gərgin vəziyyətə gəlincə, biz bu İsrailə səfər etməmək tövsiyəsini gücləndiririk. Hətta indi İsrail ərazisində olan vətəndaşlara bu ərazini tərk etmək barədə düşünməyi təklif edirik",- o qeyd edib.
Xatırladaq ki, bundan öncə Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu Livanın paytaxtı Beyrutdan 60 vətəndaşı (Livanda xidmət göstərəndiplomatik işçilərin ailə üzvlərini) evakuasiya edib.
Tural Tağıyev
AzVision.az