Lənkəran rayon prokurorunun işinə xitam verilib

Lənkəran rayon prokurorunun işinə xitam verilib
  03 Oktyabr 2024    Oxunub:275
Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərovu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev oktyabrın 3-də qəbul edib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Taryel Ələkbərova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edilib.

Görüş zamanı Taryel Ələkbərovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif kateqoriyadan olan cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

Tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

AzVision.az


Teqlər:





Xəbər lenti