Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

   Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
  03 Oktyabr 2024    Oxunub:251
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra olunub.



Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.



Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.



AzVision.az



Teqlər:





Xəbər lenti