Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb

 Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb
  03 Oktyabr 2024    Oxunub:1148
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb. Bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində
xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:



AzVision.az



Teqlər:





Xəbər lenti