WSJ: “Mask gizli şəkildə respublikaçıları maliyyələşdirib”

   WSJ: “Mask    gizli şəkildə    respublikaçıları maliyyələşdirib”
  04 Oktyabr 2024    Oxunub:1241
Amerikalı milyarder İlon Mask hələ öz dəstək fondunun açıldığını elan etməmişdən əvvəl gizli şəkildə Respublikaçılar partiyasına on milyonlarla dollar ianə köçürüb.
AzVision.az xəbər verir ki, bəzi mənbələrə istinadən “The Wall Street Journal (WSJ)” nəşrinin yaydığı məlumatda belə deyilir.

Qəzetin dərc etdiyi materiala əsasən, Maskın ictimaiyyətə açıqlanmayan maliyyə töhfələri göstərir ki, 2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar respublikaçıların işlərinin və namizədlərinin maliyyələşdirilməsində əhəmiyyətli qüvvəyə çevrilib.

Nəşr vurğulayır ki, 2022-ci ilin payızında, aralıq seçkiləri ərəfəsində Mask tərəddüd edən ştatlarda Demokratlar partiyasının namizədlərinə qarşı kampaniyaya 50 milyon dollardan çox ianə köçürüb. 2023-cü ildə isə, milyarder-sahibkar Florida qubernatoru Ron Desantisin kampaniyasına 10 milyon dollar bağışlayıb.

Qəzetin mənbələrinin iddiasına görə, Respublikaçılar partiyasının məsləhətçiləri və hüquqşünasları məlumatların şifrələmə texnologiyasından istifadə edən “Signal” messenceri vasitəsi ilə əməliyyatlar apararkən heç bir iz buraxmamaq üçün sahibkara köməklik göstəriblər.

OPEC və Ər-Riyad təkzib edirlər
Maraqlıdır ki, bundan əvvəl OPEC və Ər-Riyad “WSJ” nəşrini yalan məlumatlar yaymaqda günahlandırıb. Bu baxımdan, qəzetdə dərc olunan materialların hansı mənbələrin məlumatlarına əsaslandığı ciddi suallar doğurur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Mask   respublikaçılar   maliyyə  





Xəbər lenti