Qallant: "Hizbullah" üçün hələ çox sürprizimiz var"

      Qallant:    "Hizbullah" üçün hələ çox sürprizimiz var"
  04 Oktyabr 2024    Oxunub:1166
"Hizbullah" terrorçuları bir-birinin ardınca çox ağır zərbələr alırlar".
Bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant ölkənin şimalındakı 36-cı diviziya qərargahında hərbçilərlə görüşü zamanı dilə gətirib. Onun sözlərinə görə, terror təşkilatının sabiq lideri Həsən Nəsrullahın aradan götürülməsi "sürprizlərin başlanğıcıdır".

"Dəqiq əməliyyatlar nəticəsində qruplaşmanın böyük hissəsi zərərsizləşdirilib. Komandanlıq və nəzarət qərargahları, rabitə vasitələri dağıdılıb, "Rizvan" qüvvələrinin ("Hizbullah"ın elit bölməsi - red.) bütün rəhbərliyi, eləcə də Nəsrullahdan aşağı ikinci, üçüncü adamlar öldürülüb", - nazir bildirib.
"Hizbullah"ın kommunikasiya şöbəsinin rəhbəri də öldürüldü

Xatırladaq ki, oktyabrın 1-də İsrail Silahlı Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində təşkilatın bir çox ali hərbi komandiri aradan götürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   münaqişə  





Xəbər lenti