Naxçıvanda ilk “MEDİA könüllüləri” Proqramının iştirakçıları ilə görüş keçirilib

   Naxçıvanda ilk “MEDİA könüllüləri” Proqramının iştirakçıları ilə görüş keçirilib
  04 Oktyabr 2024    Oxunub:1045
Oktyabrın 4-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Naxçıvanda fəaliyyətə başlayan ilk “MEDİA könüllüləri” Proqramının iştirakçıları ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolunu vurğulayıb, Agentliyin fəaliyyət istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verib, belə layihələrin gənclərin inkişafı üçün platforma olduğunu, onların gələcək əmək fəaliyyətinə uğurlu keçidinə fürsət yaradacağını ifadə edib. Ə. İsmayılov könüllülərə istiqamətlənmiş növbəti tədbirlər barədə fikirlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan gənclərin fikirləri dinlənilib, onlara maraqlı olan suallar cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti