Mirzoyan MDB XİN rəhbərlərinin iclasında iştirak edəcək

Mirzoyan MDB XİN rəhbərlərinin iclasında iştirak edəcək
  07 Oktyabr 2024    Oxunub:851
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Moskvaya gedəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, iclasda nazirlər MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə yanaşı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Eyni zamanda, 2025-ci il üçün Nazirliklərarası Məsləhətləşmələr Planı, 2025-2026-cı illər üzrə Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsinə, habelə Aşqabadın yeni idman şəhəri seçilməsinə dair tədbirlər planı haqqında qərarların qəbulu gözlənilir.

İclasda həmçinin vəkillik, media və könüllülük sahələrində 4 yeni baza təşkilatının yaradılması təsdiqlənəcək.

Xatırladaq ki, MDB Xarici İşlər Nazirləri Şurasının axırıncı iclası aprelin 12-də Minskdə baş tutmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: MDB   XİN   iclas   Ermənistan  





Xəbər lenti