NYT: "Trampın son çıxışları artıq qocaldığını göstərir"

      NYT:    "Trampın son çıxışları artıq qocaldığını göstərir"
  07 Oktyabr 2024    Oxunub:415
"ABŞ-də Respublikaçılar Partiyasının prezidentliyə namizədi, sabiq lider Donald Trampın axırıncı çıxışlarındakı lokanik və konkret nitqi göstərir ki, onun koqnitiv davranşılarında yaşla əlaqədar dəyişikliklər baş verir".
"The New York Times" qəzeti Donald Trampın mitinqlərinin, müsahibələrinin və sosial şəbəkədəki yazılarının təhlilini aparaq belə nəticəyə gəlib. Qəzet yazır ki, 2015-ci ildə ilk dəfə prezidentliyə namizədliyini irəli sürdüyü vaxtlar çıxışları "daha ciddi, sərt, uzun-uzadı və qəzəbli" idi. Onda bir mitinq çıxışı təqribən 80 dəqiqə çəkirdisə, 2016-cı ildən başlayaraq bu müddət yarıyacan azalıb.

Trampın həmçinin son vaxtlar siyasi kariyerasının ilk illərinə nisbətən 69% daha çox söyüş dilə gətirdiyi müəyyənləşib. Mütəxəssislər vurğulayırlar ki, bu məqam da zehni cəhətdən qocalmanın əlamətidir.

Digər maraqlı fakt isə budur ki, ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçki yarışından çəkilməsi nəticəsində 78 yaşlı rəqibi Donald Tramp dövlət başçılığı üçün ən yaşlı namizəd olub. O, noyabrda qalib gələrsə, həm də ABŞ-nin ən qoca prezident kimi tarixə düşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Tramp   qocalıq  





Xəbər lenti