Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər

Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər
  07 Oktyabr 2024    Oxunub:337
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun qaldıqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Həmçinin bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Kazanda BRICS sammitində ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti