Poroşenko Rusiyanı ittiham etdi

Poroşenko Rusiyanı ittiham etdi
  15 İyul 2014    Oxunub:891
"Rusiyanın müasir raket sistemləri hökumət qoşunlarına qarşı istifadə olunur".
Ukrayna prezidenti Petro Poroşenko Rusiya zabitlərinin Ukraynada vuruşduğunu bildirib.

Poroshenko iyulun 14-də təhlükəsizlik rəhbərləri ilə fövqəladə iclasda deyib: “Rusiyanın qərargah zabitlərinin Ukrayna hərbçilərinə qarşı hərbi əməliyyatda iştirakı informasiyası təsdiq olunur”.

Poroşenkonun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın müasir raket sistemlərinin atəşi altındadır və ordu öz taktikasını dəyişir.

Ukraynanın Milli və Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko isə deyib ki, son 24 saatda sərhəd böyu Sumı və Luqansk keçid məntəqələrində Rusiyanın hərbi birləşmələrinin və hərbi texnikanın cəmləşməsi müşahidə olunur.(Ans)


Teqlər:





Xəbər lenti