Borrel: "Livan əhalisinin 20%-i didərgin düşüb"

      Borrel:    "Livan əhalisinin 20%-i didərgin düşüb"
  08 Oktyabr 2024    Oxunub:1043
"Livanda vəziyyət gündən-günə pisləşir".
Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Parlamentində çıxışı zamanı dilə gətirib.

"Xüsusilə Livanın cənubunda yaşayanlar ya İsrailin birbaşa hücumları, yaxud xəbərdarlığı ilə sığınacaqlara köçməyə məcbur qalıblar. Tərəflər arasında dərhal atəşkəslə bağlı razılığa gəlmədirlər", - o vurğulayıb.

Borrel Livan Silahlı Qüvvələrinin İsrail-"Hizbullah" toqquşmalarına, İsrailin bu ölkədə başladığı quru əməliyyatına reaksiya verməməsinə də münasibət bildirib.

"Təəssüf ki, Livan Ordusu "Hizbullah"a qarşı mübarizə apara bilməyən zəif qüvvəyə çevrilib. O, Livanın ərazi bütövlüyünü qorumaq iqtidarında deyil", - ali diplomat bildirib.
Nazir: "Livanda 1 milyon insan didərgin düşüb"

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa-İttifaqı   Livan   münaqişə  





Xəbər lenti