Overçuk: “Rusiyanın iştirakı zəruridir”

      Overçuk:    “Rusiyanın iştirakı zəruridir”
  09 Oktyabr 2024    Oxunub:1009
Ermənistan 2020-ci ildə Bakı, İrəvan və Moskvanın imzaladığı Üçtərəfli Bəyanatdan “formal olaraq” imzasını geri götürmür. Eyni zamanda, il yarıma yaxındır ki, regionda kommunikasiyaların açılmasına dair üçtərəfli işçi qrup çərçivəsində heç bir irəliləyiş yoxdur.
AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk belə deyib.

“Ermənistan üçtərəfli Bəyanatdan (10 noyabr 2020-ci il Bəyanatı) formal olaraq çıxmayıb və imzasını da geri götürməyib. Lakin, eyni zamanda, artıq iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun cığırında demək olar ki, keçən yaydan bəri ən azı bir il yarım, heç bir hərəkət yoxdur”, - Overçuk bildirib.

Overçuk onu da qeyd edib ki, bölgədə iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Overçuk   kommunikasiyalar  





Xəbər lenti