Bu barədə TASS Rusiyanın Moskva vilayətinin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə istinadən məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl internetdə Moskva yaxınlığındakı Serpuxovda kvadroberlə bağlı maraqlı
məlumat yayılmışdı. Bir qadın kvadrober qızını baytarlıq klinikasına gətirib və uşağa peyvənd və ya digər bir neçə manipulyasiya edilməsini tələb edib. Bildirilib ki, həkimlər baş verənləri əvvəlcə ananın adi tərbiyə üsulu və ya zarafat kimi qəbul ediblər. Lakin söhbət zamanı qadın onlara peyvənd və mikroçip xidmətləri göstərilməsində israr edib. O, klinikanı yalnız polis ilə hədələndikdən sonra tərk edib.
Qeyd edək ki, kvadroberlik uşaqlar və yeniyetmələr arasında populyar olan yeni subkulturaya çevrilib.
Subkulturanın unikal xüsusiyyəti həm də ondan ibarətdir ki, insanlar təkcə heyvanların vərdişlərini təqlid etmirlər, həm də onlara uyğun geyimlərdən də istifadə edirlər. Kvadroberlərin imicinin əsas elementi maskaları sayılır. Üstəlik, bu maskalar daha real görünürlər. Maskalar pişiklərin, tülkülərin, şirlərin və digər heyvanların başlarını xatırladır.
Tural Tağıyev
AzVision.az