Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırdı

Almaniya Ukraynaya əlavə 400 milyon avro ayırdı
  09 Oktyabr 2024    Oxunub:260
Almaniya Bundestaqı (Almaniya parlamenti) 2024-cü il üçün Ukraynaya 400 milyon avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyi yanında Ukraynaya yardımın əlaqələndirilməsi üzrə işçi qrupun rəhbəri Kristian Froydinq deyib.

"Bu, bizə bu il ümumi dəyəri 1,4 milyard avro olan 50 layihəni həyata keçirməyə imkan verəcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək. Təkcə ötən həftə Kiyevə iki ədəd “IRIS-T SLM” və “SLS” zenit-raket kompleksi verilib. İlin sonuna kimi daha iki zenit sistemi, piyadaların döyüş maşınları, tanklar və artilleriya sursatları tədarük ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti