ABŞ İrana mesaj göndərib: “İsrailin nə edəcəyini bilmirik”

ABŞ İrana mesaj göndərib:    “İsrailin nə edəcəyini bilmirik”
  10 Oktyabr 2024    Oxunub:306
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden ilə Yaxın Şərqdəki vəziyyəti və İrana endirəcəkləri zərbəni müzakirə edib.
İsrailin müdafiə naziri Y oav Qalant bildirib ki, İrana endirəcəkləri zərbə "güclü və səliqəli" olcaq, iranlılar heç başlarına nəyin gəldiyini bilməyəcəklər.

İsrailin "12-ci kanal"ının yaydığı xəbərə görə, İsrail nəyin bahasına olursa-olsun, İrana güclü zərbə endirəcək. Buna görə hətta öz ərazisində mümkün dağıntılara dözməyə də hazırdır.

Bu arada, "France24"ün əldə etdiyi məlumatda deyilir ki, ABŞ Səudiyyə Ərəbistanın vəliəhdi Muhəmməd bin Salmanın vasitəsilə İrana mesaj göndərib. Vaşinqton iranlıları inandırmağa çalışıb ki, Təl-Əvivin planlarından xəbəri yoxdur və yəhudi dövlətinin nə edəcəyini bilmir. Əgər İsrail İranın nüvə obyektlərinə zərbə endirərsə, Amerika bunda iştirak etməyəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti