Bloomberg: “Ukrayna Kursk vilayətində bir neçə ay qala bilər
Bundan əlavə, aylarla gözləmədən sonra Ukrayna qoşunları sabit sursat ehtiyatı əldə ediblər. Bu, müttəfiqlərin səyləri, o cümlədən Çexiyanın sursat tədarükü təşəbbüsü, habelə ABŞ və Fransanın uzunmüddətli perspektivdə Ukraynanın artilleriya imkanlarının inkişafına yönəlmiş səyləri nəticəsində mümkün olub.
“Ukraynanın Kursk vilayətindəki yay əməliyyatı əvvəlcə sürətli ilk uğuru ilə Kiyevin müttəfiqlərini heyrətləndirdi. Lakin bu, bəzi rəsmilərdə Moskvanın əks-hücum əməliyyatına başlayacağı və Ukrayna qoşunlarını sıxışdırıb çıxaracağı təqdirdə əməliyyatın baha başa gələ biləcəyi ilə bağlı narahatlığı da artırıb. Lakin Ukrayna rrezidenti Volodimir Zelenski deyib ki, Ukrayna bu ərazidən danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edə bilər. Hərçənd, Rusiya prezidenti Vladimir Putinin onlara ciddi hazır olmadığını nəzərə alınsa, Moskva ilə danışıqların nə vaxt baş tutacağı bəlli deyil”, - nəşrdə dərc olunan materialda vurğulanır.
“Bloomberg” onu da ysazıb ki, qışda özünü ən yaxşı şəkildə necə qoruyacağını anlamağa çalışan Ukrayna, eyni zamanda əlavə briqadalar, şəxsi heyətin artırılması, təkmilləşdirilmiş avadanlıq və təlimlər də daxil olmaqla gələn il üçün planlar qurmağa başlayır.
Sahil İsgəndərov
AzVision.az