Nazir: Hazırda 7 giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür

   Nazir:    Hazırda 7 giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür
  10 Oktyabr 2024    Oxunub:828
Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olsa da, enerji məfhumu artıq ənənəvi yanacaq mənbələrindən bərpaolunan mənbələrə keçməkdədir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı bildirib. O bildirib ki, Azərbaycan neft və qaz ixracı ilə yanaşı, yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb: “Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda 7 giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür”.

AzVision.az


Teqlər:





Xəbər lenti