“Qarabağ” Fransa yığmasının sabiq futbolçusunu transfer etmək istəyir

“Qarabağ” Fransa yığmasının sabiq futbolçusunu transfer etmək istəyir
  02 Yanvar 2025    Oxunub:778
“Qarabağ” Bolqarıstanın “Botev” klubunda çıxış edən qvineyalı futbolçu Antuan Konteni heyətinə qatmaq istəyir.
AzVision.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu artıq Plovdiv təmsilçisi ilə danışıqlara başlayıb.

Azərbaycan çempionu müdafiə xəttindəki boşluğu məhz 31 yaşlı oyunçu ilə aradan qaldırmağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm “Botev”in heyətində 21 matçda meydana çıxan Antuan Konte ikili vətəndaşlığa sahibdir. Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinmiş futbolçu hazırda Qvineya millisində çıxış edir.

AzVision.az



Teqlər:





Xəbər lenti