İsrail hərbçiləri BMT qüvvələrinə atəş açıblar

   İsrail hərbçiləri BMT qüvvələrinə atəş açıblar
  10 Oktyabr 2024    Oxunub:789
İsrail hərbçiləri Livanın cənubunda yerləşən Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) məxsus 3 obyekti atəşə tutub.
Bu barədə UNIFIL -in əməkdaşları "Reuters" xəbər agentlyinə məlumat veriblər.

Bildirilir ki, atəşə məruz qalmış obyektlərdən biri təşkilatın Naqura şəhərində yerləşən əsas qərargahıdır.

Hadisənin təfərrüatı hələlik naməlumdur.

Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri 1978-ci ildə bu ölkədə baş vermiş vətəndaş müharibəsi zamanı yaradılıb.
İsrail "Hizbullah"a qarşı quru əməliyyatına başlayıb - FOTO/VİDEO

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   münaqişə   BMT  





Xəbər lenti