Kəmaləddin Heydərov vətəndaşlarla görüşüb

Kəmaləddin Heydərov vətəndaşlarla görüşüb
  19 Aprel 2013    Oxunub:1458
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sumqayıt şəhərində vətəndaşlarla görüş keçirib
AzVision.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt Regional Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 70-dən yuxarı vətəndaşın müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.


Teqlər:  





Xəbər lenti