Onun sözlərinə görə, beynəlxalq təcrübəyə nəzər salsaq, ABŞ, Böyük Britaniya, Finlandiya kimi ölkələrin universitetləri maliyyə hesabatlarını ictimaiyyətə təqdim edirlər:
Universitetlərdən əsas gözləntilərimiz nələrdir? |
Ekspert qeyd edib ki, bu şəffaflığın olmaması, həm də universitetlərin beynəlxalq rəqabət qabiliyyətini zəiflədir:
"Bir çox beynəlxalq reytinq agentlikləri universitetlərin maliyyə şəffaflığını da nəzərə alaraq onları qiymətləndirir. Bu göstərici yüksək səviyyədə olan universitetlər daha çox tələbə və tədqiqatçı cəlb etmək şansına malikdirlər. Azərbaycanda universitetlər bu istiqamətdə geri qalır. Maliyyə məlumatlarının açıq şəkildə təqdim olunması tələbələrin seçiminə, dövlət və özəl sektorun təhsil müəssisələrinə olan marağına, həmçinin təhsil keyfiyyətinin inkişafına müsbət təsir göstərə bilər. Təəssüf ki, bu cür hesabatların olmaması təhsil sisteminin maliyyə aspektlərinin dumanlı qalmasına səbəb olur və ali təhsilin inkişafını ləngidə bilər".
Həmidə İbrahimova
AzVision.az