Tbilisi Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa olunacağına inanır
“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı. Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə realdır”, - İrakli Kobaxidze Gürcüstanın İctimai televiziyasına müsahibəsində vurğulayıb.
Bundan daha əvvəl, sentyabrın 14-də “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində bildirib ki, ölkə hakimiyyəti onun partiyasının oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindəki qələbəsindən sonra 2008-ci müharibə ili üçün üzr istəmək üçün özündə güc tapacaq.
İvanişvili əmindir ki, “gürcülər və osetinlər üçün xristianlığın təməl daşı” olan bağışlanma sayəsində Gürcüstanın düşmənləri tərəfindən sırınan qardaş qırğınları “tarixi qarşılıqlı bağışlanma və barışıqla başa çatacaq”.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Gürcüstan ərazi bütövlük