Aİ-nin Aralıq dənizi ölkələrinin liderləri görüşəcəklər

   Aİ-nin Aralıq dənizi ölkələrinin liderləri görüşəcəklər
  11 Oktyabr 2024    Oxunub:302
Avropa İttifaqının Aralıq dənizi hövzəsində yerləşən 9 ölkəsinin dövlət və hökumət başçılarının Yaxın Şərqdə münaqişənin həlli üzrə danışıqlar çərçivəsində bu gün görüşü baş tutacaq.
Məlumata əsasən, görüş Kiprin qərbindəki Pafos şəhərində keçiriləcək.

Görüşə Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Kipr, Malta, Sloveniya, Xorvatiya ilə yanaşı İordaniyanın qoşulması gözlənilir.
Qallant: "İrana hücumumuz gözlənilməz olacaq" - VİDEO

Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Avropa İttifaqına məxsus ölkələrin liderləri və hökumət nümayəndələri bu münaqişənin regiondan kənara sıçraması ehtimalı ilə bağlı tez-tez narahatlıqlarını dilə gətirir, xüsusilə iqtisadi zəmində problemlərin və qanunsuz miqrasiyanın arta biləcəyini vurğulayırlar. Aİ ölkələri arasında İtaliya, Yunanıstan və İspaniya Yaxın Şərqdən gedən qanunsuz miqrantların daha çox üz tutduqları ölkələrdir. Cari ilin ilk yarısında təqribən 55 min qanunsuz miqrantın bu və digər ölkələrə keçdiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Yaxın-Şərq   münaqişə   miqrasiya  





Xəbər lenti