İsrail İrana məxsus xəstəxananı bombalayıb - VİDEO

   İsrail İrana məxsus xəstəxananı bombalayıb -    VİDEO
  11 Oktyabr 2024    Oxunub:924
İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədində İran Qızıl Aypara Cəmiyyətinə məxsus 56 çarpayılıq səhra xəstəxanasına aviazərbə endirib.
Bu barədə sözügedən qurumun direktoru Pirhüseyn Kolivənd məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində tibb müəssisəsi tamamilə dağılıb, təcili yardım maşınları, tibbi ləvazimat və avadanlıqlar yararsız vəziyyətə düşüb.

"Havadan da, yerdən də aydın görünürdü ki, bura tibb ocağıdır, Qızıl Aypara bayraqları asılıb. Təəssüf ki, nə varsa, məhv olub", - o bildirib.

O bu hücumla bağlı beynəlxalq təşkilatlara açıq etiraz məktubu ünvanlayıb.

(İran Qızıl Aypara Cəmiyyətinin direktoru Pirhüseyn Kolivənd)

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" təşkilatının "obyektlərini və infrastruktrunu sıradan çıxarmaq" məqsədilə quru əməliyyatına başlayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   münaqişə  





Xəbər lenti