İsrail ordusu "Hizbullah"ın 200 hədəfini vurdu, çox sayda döyüşçü məhv edildi

İsrail ordusu "Hizbullah"ın 200 hədəfini vurdu, çox sayda döyüşçü məhv edildi
  12 Oktyabr 2024    Oxunub:922
Son 24 saat ərzində İsrail aviasiyası və artilleriyası Livanda "Hizbullah" təşkilatı ilə əlaqəli 200-ə yaxın obyektə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hücuma məruz qalan hədəflər arasında Livan və Suriya sərhədində silahların saxlanıldığı yeraltı obyekt, eləcə də cənubda və Livanın dərinliklərində onlarla reaktiv yaylım atəşi sistemi və yer-yer raketləri olub.

Həmçinin, İsrail ordusu Livanın cənubundakı döyüşlərdə 50 silahlı "Hizbullah" tərəfdarını öldürdüyünü açıqlayıb.

Xatırladaq ki, sentyabrın 23-də İsrail ordusu "Hizbullah" birləşmələrinə qarşı əməliyyata başlayıb. Sentyabrın 27-də Beyrutda "Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah zərbə nəticəsində həlak olub. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

AzVision.az



Teqlər:





Xəbər lenti