ABŞ-nin qaçdığı Əfqanıstanı Çin ələ keçirir

   ABŞ-nin qaçdığı Əfqanıstanı    Çin ələ keçirir
  13 Oktyabr 2024    Oxunub:2804
ABŞ 2021-ci ildə Əfqanıstandan qaçandan sonra Çin bu ölkədə yaranmış boşluğu sürətlə doldurmağa çalışır. Artıq Pekin sərfəli şərtlərlə Əfqanıstanda faydalı qazıntılarlın hasilatına başlayıb. Söhbət litium, mis, qızıl, uran kimi metallardan gedir.
Müasir batareyaların əsas elementi olan litium hazırda dünyada ən vacib metallardandır. Əfqanıstan isə bu faydalı qazıntının ən zəngin yataqlarına malikdir. Hətta belə bir deyim də var ki, “neft üzrə Səudiyyə Ərəbistanı nədirsə, litium üzrə də Əfqanıstan odur”.

Belə bir əməkdaşlıq qurmaqla Çin həm də Əfqanıstana nəzarət edən taliblərdən bir növ zəmanət almış olur ki, radikal qruplaşmalar onun sərhədlərini keçməyəcəklər. Xatırladaq ki, Çinin narahat Sinszyan-Uyğur muxtar rayonu Əfqanıstanla sərhəddə yerləşir.

Bu cür iş birliyi taliblərə də sərf edir. Onlar ərzaq çatışmazlığı, yanacaq qıtlığı kimi məsələləri Çinin köməyilə həll edirlər. Qərbdəki bank hesabları dondurulmuş ölkəyə Çindən böyük sərmayələr yatırılır.

Beləliklə, Çin tədricən Əfqanıstanı ələ keçirməkdədir. Həm də Amerika kimi yox: Şərq müdrikliyinə uyğun siyasət və təmkinlə...

Tariyel Həsənov
AzVision.az


Teqlər: Çin   Əfqanıstan   Geosiyasət  





Xəbər lenti