"Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır"

   "Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır"
  14 Oktyabr 2024    Oxunub:686
"ABŞ, Fransa və Niderlandın qanunvericiləri ermənidən çox erməni olmağa çalışırlar".
AzVision.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq, dəhlizlərin işə düşməsini istəyir:

“Zəngəzur dəhlizi” üzərində İran-Rusiya oyunu
"Paşinyanı Azərbaycan həbsxanasındakı Qarabağ separatçılarının taleyi maraqlandırmır. O, Qarabağ mövzusunun ölkəsi üçün bitdiyi qənaətindədir. Dərinə getsək, həbsxanadakı separatçıların azadlığa buraxılması Paşinyanın maraqlarına cavab vermir, çünki onlar azadlığa çıxarlarsa, onun rəqiblərinə qoşulacaq və Ermənistan hökuməti üçün təhlükə yaradacaqlar. Paşinyan açıqlamalarının heç birində ermənilərin Qarabağa qaydışından da danışmayıb, mövcud reallıqla barışıb.

Nikol Paşinyan erməni cəmiyyətinə Qarabağa aid nə varsa unutmağı təlqin edərkən, ABŞ, Fransa və Niderland qanunvericiləri separatçıların azad edilməsi, Qarabağda “erməni mədəni isrsinin qorunması”, ermənilərin Qarabağa qayıdışı məsələlərini qaldırmaqla Ermənistana ayı xidməti göstərirlər".

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan, Zəngəzur dəhlizi açıldıqdan sonra iki dövlət arasında münasibətlər nizamlanmağa başlanacaq və erməni lobbisi ilə birgə hərəkət edənlərin xidmətinin Ermənistana ancaq zərəri olacaq:

"Biz isə çalışmalıyıq ki, ABŞ, Fransa və Niderlandın sıraları genişlənməsin, başqa dövlətlərin qanunvericiləri erməni lobbisinin təsiri altına düşməsinlər".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti